Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a Səfərovlar ailəsindən məlumat verilib.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
***11:23
Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu da öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.