• Bakı 26° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Gürcüstan və Ermənistan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır

DÜNYA

28 Iyul 2025 | 12:30

Gürcüstan və Ermənistan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır

Gürcüstan və Ermənistan arasında gömrük-keçid məntəqəsindən birgə istifadəni nəzərdə tutan layihə çərçivəsində yeni sərhəd-keçid məntəqəsi yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstan Gəlirlər Xidmətinin nümayəndələri İrəvanda keçirilən idarələrarası görüş zamanı layihənin detalları ilə bağlı müzakirələr aparıblar. Səfər zamanı Gürcüstan Gömrük İdarəsinin rəisi vəzifəsini icra edən Mixail Çokaşvili işçi qrupların tərkibini müəyyən edən sənədi imzalayıb.

Mixail Çokaşvilinin sözlərinə görə, layihənin həyata keçirilməsi gömrük idarələri arasında əməkdaşlığın səmərəliliyini artıracaq, təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına şərait yaradacaq və artan yük axınları fonunda qanuni ticarətə təkan verəcək.

Hazırda Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadıxlı–Tsopi–Axkerpi avtomobil yolunun sərhədə gedən hissəsində infrastrukturun yenidən qurulması və təmir işləri davam edir.


SON XƏBƏRLƏR