İtaliyada bu həftə sonu gözlənilən kəskin istilər səbəbindən bir sıra şəhərlərdə təhlükə səviyyəsi yüksəldilib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, şənbə günü ölkənin 17, bazar günü isə 21 şəhərində havaların normadan kənar isti keçəcəyi ilə bağlı “qırmızı” xəbərdarlıq elan olunub.
Bu xəbərdarlıq xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar və uşaqlar üçün ciddi risklər daşıyır.
Xəbərdarlığın qüvvədə olduğu şəhərlər arasında Roma, Milan, Florensiya, Boloniya və Napoli də var. Havanın temperaturunun bəzi bölgələrdə 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Əli Hüseynov