• Bakı 16° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Odessa atəşə tutuldu - 2 ölü, 10 yaralı

DÜNYA

28 Iyun 2025 | 10:26

Odessa atəşə tutuldu - 2 ölü, 10 yaralı

Ukraynanın Odessa şəhərinin Rusiya tərəfindən gecə saatlarında atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 9 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna polisinin məlumatına istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, yaralananlar arasında uşaqlar da var.

"Yaşayış evləri, digər mülki infrastruktur və avtomobillər zərər görüb. Bütün yanğınlar söndürülüb. Hazırda doqquz nəfərin yaralandığı məlumdur, onların arasında 3 və 7 yaşlı iki uşaq var", - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

18 Noyabr 2025