• Bakı 26° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İQTİSADİYYAT

28 Iyun 2025 | 12:36

Azərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq

İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclara 82 nəqliyyat vasitəsi çıxarılacaq.

O cümlədən, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir, start qiyməti 2 - 14,5 min manat arasında dəyişir.

İyulun 15-də keçiriləcək hərraca isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, start qiyməti 1,5 - 294,15 min manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


SON XƏBƏRLƏR

27 Iyun 2025