• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Media tədqiqatçıları Naxçıvanda tələbələrlə görüşdü - FOTOLAR

MEDİA

31 May 2025 | 12:47

Media tədqiqatçıları Naxçıvanda tələbələrlə görüşdü - FOTOLAR

“Mediafest-2025” çərçivəsində mayın 31-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrlə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə onlar jurnalistika sahəsindəki akademik və praktik təcrübələrini tələbələrlə bölüşüblər.

Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimai məsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyini vurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəmini diqqətə çatdırıb. O, həmçinin tələbələrə media dünyasında peşəkar olaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğru formalaşdırmağı tövsiyə edib.

Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiya tərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkar jurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb. Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnız gündəlik fəaliyyətlə məhdudlaşmamalıdır, hər bir jurnalist elmi biliklərlə təchiz olmalıdır.

Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bu görüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.

Qeyd edək ki, “Mediafest-2025” Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilir.


SON XƏBƏRLƏR

01 Iyun 2025
31 May 2025