• Bakı 23° C

    12.52 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Klublararası dünya çempionatı zamanı TRT-nin yayımı niyə dayandırılıb?

MEDİA

30 Iyun 2025 | 12:12

Klublararası dünya çempionatı zamanı TRT-nin yayımı niyə dayandırılıb?

"TRT“ və "TRT Spor“ kanalları 15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatının (FIFA Club World Cup) oyunlarının yalnız Türkiyə Respublikası ərazisində yayım hüququnu əldə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

    O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:

    "Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu".


    SON XƏBƏRLƏR