Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, Komitə sədri Azərbaycan mətbuatının milli dəyərlərin qorunmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında və ictimai şüurun formalaşmasında mühüm rol oynadığını bildirib.
O, xüsusilə ailə institutunun möhkəmləndirilməsi, gənclərin sağlam düşüncəli ruhda yetişməsi və milli-mənəvi irsin qorunması istiqamətində medianın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Komitə sədri jurnalistləri “fikir əsgərləri” adlandıraraq onların dövlətə və xalqa xidmət yolundakı fədakar fəaliyyətini yüksək qiymətləndirib.
B.Muradova Prezident İlham Əliyevin ənənəyə uyğun olaraq bu il də bir qrup media nümayəndəsini orden və medallarla təltif etməsini dövlətin milli mətbuata göstərdiyi diqqət və etimadın bariz nümunəsi kimi dəyərləndirib.
Sonda Bahar Muradova bütün media nümayəndələrinə peşəkar fəaliyyətlərində uğurlar, möhkəm iradə və daim yüksələn jurnalist missiyası arzulayıb.
Əli Hüseynov