• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Media nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunub

MEDİA

27 May 2025 | 14:50 | Müəllif: Əli Hüseynov

Media nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunub

Özbəkistan Respublikasına səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetində görüş təşkil olunub.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüş zamanı Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxon Qudratxoja tərəfindən qonaqlara universitetin yaranma tarixi, tədris strategiyası, təhsil proqramları və gələcək perspektiv imkanları barədə geniş məlumat verilib.

    Qeyd edilib ki, 2018-ci ildə yaradılan sözügedən ali təhsil müəssisəsində jurnalistikanın müxtəlif sahələri, o cümlədən idman jurnalistikası, teleradio və hərbi jurnalistika üzrə ixtisaslar tədris olunur. Müasir texniki baza və peşəkar kadr potensialı sayəsində tələbələr yalnız nəzəri biliklərə deyil, həm də real media mühitinə uyğun praktiki bacarıqlara yiyələnirlər.

    Sonra Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Akademik, Elmi İşlər və İnnovasiyalar üzrə prorektoru Nozima Muratova tərəfindən Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələri üçün “Qlobal informasiya mühitində yeni nəslin media davranışı və məzmun seçimləri” mövzusunda seminar keçilib. Sessiya interaktiv dialoqlarla davam edib.


    Media nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunubMedia nümayəndələri ilə Özbəkistanda görüş təşkil olunub
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026