• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit-lizinq vəsaiti ayrılıb

CƏMİYYƏT

02 May 2025 | 14:50

AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit-lizinq vəsaiti ayrılıb

2022–2024-cü illər ərzində kənd təsərrüfatı texnikası və avadanlıqlarının maliyyələşdirilməsi məqsədilə 24,5 min ədəd texnika üçün 247,6 milyon manat həcmində güzəştli və 141 milyon manat həcmində kredit-lizinq vəsaiti ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Emil Xasməmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, eyni dövrdə 21,4 min baş iri və xırda buynuzlu damazlıq heyvanın alınması üçün də 53,6 milyon manat həcmində güzəştli vəsait ayrılıb.

Bundan əlavə, son 3 ildə 7 minə yaxın sahibkarlıq subyektinə 82 milyon manat məbləğində aşağı faizli güzəştli kreditlər verilib.

E. Xasməmmədov qeyd edib ki, kənd təsərrüfatı texnikalarının maliyyələşdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun həyata keçirilir: “Bu siyahıya aqrar sahənin müxtəlif sahələrini əhatə edən müxtəlif texnikalar daxildir”.

E.Xasməmmədov əlavə edib ki, hazırda aqrar layihələrin maliyyələşdirilməsi üzrə AKİA ilə əməkdaşlıq edən 31 müvəkkil kredit təşkilatı mövcuddur. Onlardan 16-sı bank, 11-i lizinq şirkəti, 4-ü isə bank olmayan kredit təşkilatıdır (BOKT).


SON XƏBƏRLƏR

02 May 2025