• Bakı 25° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

SİYASƏT

02 May 2025 | 16:56

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər

“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.


SON XƏBƏRLƏR

28 Iyul 2025