Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Yelizaveta Luzan, Ləman Əlimuradova, Kamilla Əliyeva, Darya Sorokina və Sofiya Məmmədovadan ibarət kollektiv top və halqa üzrə yarışda birinci olub.
Qeyd edək ki, Avropa Kuboku mayın 4-də başa çatacaq.