• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

HƏMAS sözçüsündən AÇIQLAMA: Qəzza ilə bağlı razılaşmaya...

DÜNYA

03 May 2025 | 00:07 | Müəllif: Subhan Mahmudov

HƏMAS sözçüsündən AÇIQLAMA: Qəzza ilə bağlı razılaşmaya...

HƏMAS Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrail tərəfinin addımını gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı hərəkatın liderlərindən olan Abdel Rəhman Şədid “əl-Cəzira” telekanalına məlumat verib.

"HƏMAS israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişə hazırdır və artıq bununla bağlı təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur", - Şədid bildirib.

Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026