• Bakı 15° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır

CƏMİYYƏT

02 May 2025 | 14:00

DYP: Yol qəzaları, ölüm və xəsarət hallarının sayı azalır

"90-cı ildən bəri bizdə yol-nəqliyyat hadisələrinin, ölüm və xəsarət alma hallarının sayı azalma tempi üzrə gedir".

Bakıvaxtı.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

    O bildirib ki, əvvəllər qayda pozuntusu törədənlərə gənclər arasında rəğbət var idi: “Media bu məsələnin aradan qalxması üçün bizə böyük dəstək göstərdi. Bu gün Azərbaycan qonşu ölkələr arasında yol nəqliyyat hadisəsinin, ölüm və xəsarət hallarının ən az olduğu ölkədir, türk dövlətləri arasında 2-cidir, MDB məkanında ikincidir. Hər il də Azərbaycanda nəqliyyat vasitələrinin sayı artır”.


    SON XƏBƏRLƏR

    02 May 2025