• Bakı 10° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Lavrov: "Həmin vaxt biz 17 saat fasiləsiz danışıqlar apardıq"

DÜNYA

12 Mart 2025 | 10:50

Lavrov: Həmin vaxt biz 17 saat fasiləsiz danışıqlar apardıq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Emmanuel Makronun "üç və ya dörd nüvə başlığı ilə" hamını qorumaq niyyətini gülməli adlandırıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib.

"Bu, Makron tərəfindən kifayət qədər gülməli çıxış idi (bu, yeri gəlmişkən, NATO-ya da aid idi), çünki o, Fransanın üç və ya dörd nüvə başlığı ilə hamını "qoruya" biləcəyini bəyan edib", - o qeyd edib.

Nazirin sözlərinə görə, Makron vəziyyəti elə təqdim etməyə çalışır ki, guya Rusiya Prezidenti Vladimir Putin 2015-ci il Minsk razılaşmalarını yerinə yetirmək istəməyib. "Həmin vaxt biz Minskdə 17 saat fasiləsiz danışıqlar apardıq. Minsk razılaşmaları imzalandı və bundan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəkləndi", - o bildirib.


SON XƏBƏRLƏR