• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır

DÜNYA

11 Aprel 2025 | 00:50

Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır

Pentaqon Rusiya, Çin və KXDR arasında artan hərbi-texniki əməkdaşlığın Asiya-Sakit okean regionunda vəziyyəti çətinləşdirdiyini və ABŞ-nin təhlükəsizliyini təhdid etdiyini hesab edir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri Samuel Paparo bildirib.

“Çin, Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıq Hind-Sakit Okean regionunda təhlükəsizlik problemlərini şiddətləndirmək və gücləndirmək, təhlükəsizliyi zəiflətmək, gərginliyi artırmaq və regionda mübahisələri dərinləşdirməklə təhdid edir ”, - deyə o bildirib.

Paparo həmçinin qeyd edib ki, Rusiya 2021-ci ildən bəri Sakit Okean Donanmasını əhəmiyyətli dərəcədə modernləşdirib, sualtı qayıqların sayını artırıb və Berinq dənizindəki əməliyyatlarının coğrafiyasını genişləndirib.


SON XƏBƏRLƏR

16 Aprel 2025