Türkiyədə narkotik istehsalçıları və satıcılarına qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, Mərkəzi Giresun olan 9 vilayətdə narkotik istehsalçıları və satıcılarına qarşı keçirilən əməliyyatda 24 şübhəli həbs edilib.
Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı 8 silah, 71 telefon və planşet, müxtəlif miqdarda narkotik, çoxlu sayda kəsici-deşici alətin ələ keçirildiyi bildirilib.
Nuriyyə Musayeva