• Bakı 10° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Övladları birinci sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

12 Mart 2025 | 11:20

Övladları birinci sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlıqda bildirılib ki, birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart saat 18:00 tarixində yekunlaşır.

Vətəndaşlar bu müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub 14 mart saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər. 

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.


SON XƏBƏRLƏR