• Bakı 13° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tortdan zəhərlənənlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

CƏMİYYƏT

11 Aprel 2025 | 09:40

Tortdan zəhərlənənlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

Aprelin 11-də saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Mina Mikayılova


SON XƏBƏRLƏR