Azərbaycanda mövcud olan dini ibadətgahların sayı məlum olub.
Bakıvaxtı.az Modern.az-ın məlumatına görə, hazırda ölkə ərazisində 2377 məscid, 16 kilsə, 7 sinaqoq, 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini qurumların sayı 1003-ə çatıb, onların 957-si İslam, 27-si xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i krişna şüuru dini icması tərəfindən təsis olunub.
2024-cü ildə 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın qeydiyyatı ləğv olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2024-cü ildə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş 59 din xadiminin attestasiyasını aparıb. Nəticədə onlardan 46-sı vəzifəsinə uyğun hesab olunub.
Azərbaycanda 6 dini icmanın qeydiyyatı LƏĞV OLUNUB
CƏMİYYƏT
12 Mart 2025 | 12:36
jpg-1741768596.jpg)
SON XƏBƏRLƏR
19:00
15:58
15:56















