• Bakı 10° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Bütün dəyərlər efirlərə çıxarılan “ailələr”in ayaqları altında qalıb - Alimdən komitə sədrinə MÜRACİƏT

CƏMİYYƏT

12 Mart 2025 | 13:03

Bütün dəyərlər efirlərə çıxarılan “ailələr”in ayaqları altında qalıb - Alimdən komitə sədrinə MÜRACİƏT

“Azərbaycanda ailə dəyərləri, ailə münasibətləri, övlad tərbiyəsi yaxşı vəziyyətə doğru getmir. Millətin bütün dəyərləri qalıb bir neçə aparıcı və onların efirlərə çıxardığı “ailələrin ayaqları altında”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Siyasi elmlər fəlsəfə doktoru, dosent Zaur Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya müraciətində deyib.

Z.Əliyev bildirib ki, telekanallardakı sosial proqramlarda ailə sirlərinin bu cürə açıq formada təqdim edilməsi dəyərlərini uçruma aparır, cəmiyyətdəki aqressiyanı sürətləndirir.

Onun sözlərinə görə, ölkədə demorafik problem bir yana, ailələr sürətlə dağılır, nikahların sayı isə durmadan azalır. Səbəb nə sosial problemlər, nə işsizlik, nə də madiyyatdır:

“Səbəb telekanalarda baş verənlərin gənclərin psixikasına ciddi təsir etməsidir. Mən gənclərdən belə verlişlərdə baş verənləri görüb qorxu içərisində ailə qurmaq istəmədiklərini dəfələrlə eşitmişəm. Hər kəs elə bilir ki, ailələrdə xəyanətlər, dava-dalaş və sevgisizlik belə olur”.

Zaur Əliyev nəzərə çatdırıb ki, aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Lalə Azərtaş, Elgiz Əkbər və digərlərinin verlişlərində İslam və Aynur, Arzu və Aslan, Aslan və Aygün və başqalarının ailə problemləri əxlaqsız formada müzakirə edilir:

"Hələ o yaşlı, Ceyran adlı qadın. Ömrümüzə oturub onun hərəkətləri, ailə münasibətlərində bir Ana yox Qaynana yox “əfi ilan” kimi çıxış etməsi. Ana obrazını belə gözdən, nüfuzdan salırlar efirlərdə. Ana deyiləndə Ceyran kimiləri yox Poladlar, Allahverdilər, Əlyarlar, Natiqlər və yüzlərlə, minlərlə şəhid, qazi dünyaya gətirən, bizi dünyaya gətirən analarımız gözə gəlməlidir, bilinməlidir".

Dosent onu da vurğulayıb ki, efirdə xəyanət söhbətləri kişilər tərəfindən elə edilir ki, sanki bizim xalqda bu belə olub, bütün kişilər arvadlarını guya hər zaman açıq müzakirəyə qoyub:

“Hələ aparıcıların şit, mənasız və mədəniyyətsiz sözləri, hərəkətləri, çıxışları. Efirlərdə baş verən mübahisələr, müzakirələr. Hələ cəmiyyətdə az çox hörməti olmuş insanların efirlərdə ekspert kimi çıxış etməsi lap biabırçılıqdır. Hara qədər gedəcək bu?”

O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından formalaşmışdır və orda açıq yazılır: Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

“Yoxsa çıxıb efirdə əxalqsızlıqda bir-birlərini ittiham etmək hansı qanuna, məcəlləyə, sərəncama, mənəvi dəyərlərə sığışır axı. Bəs onların dünyaya gətirdikləri uşaqlarn taleyi necə olacaq? Onlar bu cəmiyyətdə belə valideyinlərə görə necə yaşacaqlar?”

“Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verlişlərə görə yüzlərlə ailələrin dağıldığını və gələcəkdə cinayətlərə yol aça biləcəyini qeyd edib.

Z.Əliyev müraciətində onu da bildirib ki, gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar:

“İnanın səbrimizi zorla sıxıb saxlayırıq. Bizim içimizdə olan qəzəbin partlayışından qoruyun bizi. Biz artıq dözülməz hisslər yaşayırıq. İnanın bunlar bizim ürək partlamısından ölməyimizə aparır. Kömək edin biz yaşayaq, biz həyatda qalaq. Xahiş edirəm, millətin məhv olmasının müavfiq qurum olaraq qarşısını alın”.

Mina Mikayılova


SON XƏBƏRLƏR