• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlandı

İDMAN

12 Mart 2025 | 14:10

Millimizin Haiti və Belarusla oyunlarının təyinatları açıqlandı

Azərbaycan milli komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürüstandan olan baş hakim idarə edəcək.

Hər iki matç saat 21:45-də başlayacaq.

22 mart

21:45. Azərbaycan - Haiti

Baş hakim: Kadir Sağlam (Türkiyə)

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbayan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 

25 mart

21:45. Azərbaycan - Belarus

Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)

Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)

Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)

“Bank Respublika Arena”. 


SON XƏBƏRLƏR