• Bakı 13° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Ukraynada Prezident seçkiləri bu tarixdə keçiriləcək - Zelenski açıqladı

DÜNYA

12 Mart 2025 | 17:50

Ukraynada Prezident seçkiləri bu tarixdə keçiriləcək - Zelenski açıqladı

“İndiki məqamda biz sabitliyin əldə edilməsinə, daha sonra isə hərbi vəziyyət rejimi ləğv edildikdən sonra Prezident seçkisinin qanunvericiliyə uyğun keçirilməsinə nail olmalıyıq”.

Bakıvaxtı.az “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O həmçnin ölkəsinin atəşkəsə hazır olduğu barədə dəfələrlə fikirlər səsləndirdiyini xatırladıb:

“İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub-olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq”.


SON XƏBƏRLƏR

17 Mart 2025