ABŞ-də Fələstinə dəstək aksiyalarına görə 12 nəfər mühakimə olunacaq.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Santa Klara Rayon Prokurorluğu universitetin hazırkı və ya keçmiş tələbələri olduğu bildirilən 12 nəfərin "ağır vandalizm" və "ağır icazəsiz daxilolma" maddələri üzrə mühakimə olunacağını bildirib.
Prokurorluq bəyan edib ki, etirazçılar bina daxilində sprey boya ilə yazılar yazıb, şüşələri və mebelləri sındırıb, təhlükəsizlik kameralarını sıradan çıxarıb və guya saxta qan olduğu deyilən qırmızı mayeni binanın müxtəlif yerlərinə səpələyiblər.
İstintaq çərçivəsində təqsirləndirilən şəxslərə məxsus mobil telefonlarda aksiyanın planlaşdırıldığına dair yazışmalar və "özün et işğal bələdçisi" adlı sənədin tapıldığı vurğulanıb.
Əli Hüseynov