Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
“Telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, bu fürsətdən istifadə edilməli olduğunu, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. Putin bununla bağlı hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışacağını bildirib.