"Rusiya Polşanın qarşıdurmaya hazır olduğunu görür". ,
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
O, vurğulayıb ki, Polşanın xarici siyasəti bu ölkənin öz şəxsiyyətini qoruyub saxlaması əsasında formalaşır.
"Xarici arenada həm belaruslu dostlarımız, həm də biz həmişə Polşanın ölkələrimizlə konstruktiv dialoqa deyil, qarşıdurmaya meylli olduğunu görürük. Yeni prezidentin dövründə Polşanın öz siyasətini necə inkişaf etdirəcəyini görməliyik", - Lavrov qeyd edib.
Gülşən Şərif