"ABŞ prezidenti Donald Trampın assosiasiyanın antiamerikan siyasətini dəstəkləyən hər hansı bir ölkəyə 10% rüsum tətbiq etməklə hədələməsinə baxmayaraq, İndoneziya BRİCS-in üzvü olaraq qalacaq".
Bakıvaxtı.az "Jakarta Globe" qəzetinə istinadən xəbər verir ki, bunu Respublikanın Dövlət Katibliyinin naziri Prasetyo Hadi deyib.
O, bildirib ki, ABŞ prezidenti Donald Trampın vəd etdiyi tariflər birliyə qoşulmağın nəticələrindən biridir.
"Vaşinqtonun təhdidlərini BRİCS-ə qoşulmağın nəticələrindən biri kimi görürük və bununla üzləşməli olacağıq" - Hadi qeyd edib.
Gülşən Şərif