• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Tramp Ukraynaya daha çox silah göndərməyə razıdır

DÜNYA

10 Iyul 2025 | 14:29 | Müəllif: Əli Hüseynov

Tramp Ukraynaya daha çox silah göndərməyə razıdır

ABŞ Prezidenti Donald Tramp iyunun sonunda NATO-nun Haaqada keçirilən sammiti zamanı Kiyevin istədiyi silahların bir hissəsini Ukraynaya göndərmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, “Washington Post” qəzeti bu barədə amerikalı məmura istinadla məlumat yayıb.

“İyunun 24-25-də Haaqada keçirilən NATO sammitində Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarından konkret silah növləri istəyib və Donald Tramp onlardan bəzilərini Kiyevə verməyə razılaşıb”, - deyə nəşrin həmsöhbəti bildirib.

Burada konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayan mənbə onların müdafiə xarakterli olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR