• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Dağıstanda sudan zəhərlənənlərin sayı 300-ü ötdü

DÜNYA

10 Iyul 2025 | 14:07

Dağıstanda sudan zəhərlənənlərin sayı 300-ü ötdü

Dağıstanın Maqaramkent rayonunda sudan zəhərlənənlərin sayı 302 nəfərə çatıb.

Bakıvaxtı.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, zəhərlənənlərdən 294-ü uşaqdır.

Hazırda 93 xəstə stasionar müalicə alır. Xəstələrin vəziyyətinin ciddi olmadığı bildirilib. 

Qeyd edək ki, iyulun 8-i Dağıstanda kütləvi zəhərlənmə baş verib. Hadisə zamanı ilkin olaraq 110 nəfər xəstəxanaya yerləşdirilmişdi.


SON XƏBƏRLƏR

10 Iyul 2025