İran Böyük britaniya üçün genişmiqyaslı və mühüm bir təhdiddir. Lakin, Rusiya və Çinlə eyni səviyyədə deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin bəyanatında qeyd edilib.
Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin bildirdiyinə görə, İrandan qaynaqlanan fiziki təhdidlər və sui-qəsd təşəbbüsləri, o cümlədən casusluq, kiber hücumlar və nüvə silahı əldə etmək ambisiyası bu ölkəni təhdid hesab etməyə əsas verir.
“İran bizi narahat edən hər növ təhdidin arxasında dayanır. Bizim qayığımız bundan ibarətdir ki, Britaniya hökuməti sadəcə İranın nüvə təhdidinə fokuslanıb və digər təhlükələrə kifayət qədər diqqət ayırmır”- komitənin bəyanatında deyilir.
İranın Londondakı səfirliyi hələlik bəyanata reaksiya verməyib.