• Bakı 23° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Məktəbdə atışma - 11 ölü - YENİLƏNİB

 

DÜNYA

10 Iyun 2025 | 14:51

Məktəbdə atışma - 11 ölü - YENİLƏNİB 

Avstriyada məktəbdə baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - məlumatda bildirilib.

***

13:53

Avstriyada məktəbdə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Auf1" məlumat yayıb.

***

13:43

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

Şübhəli şəxs ölü vəziyyətdə tapılıb.

***

13:12

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti yazıb.

Hücum edən şəxs zərərsizləşdirilib.


SON XƏBƏRLƏR