• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Avropada Ukraynanın yenidən qurulması fondu yaradılıb

DÜNYA

10 Iyul 2025 | 14:51

Avropada Ukraynanın yenidən qurulması fondu yaradılıb

Avropada Ukraynanın yenidən qurulması fondu yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen  Romada Kiyevə yardım üzrə konfransda deyib.

Məlumata görə, bu fond Brüssel tərəfindən İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birgə təsis edilib. 

“Mən Ukraynanın bərpası üçün Avropa Fondunun yaradıldığını elan etməyə hazıram. Biz bu fondu İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı ilə birgə təsis etmişik”, – deyə o bildirib.

AK rəhbərinin sözlərinə görə, Ukraynanın qrantlar və kredit zəmanətləri hesabına 10 milyard avroya yaxın özəl investisiya cəlb edəcəyi gözlənilir.

Von der Leyen Ukrayna iqtisadiyyatına sərmayə qoymağın zəruriliyini bəyan edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026