İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az bildirir ki, bu barədə İndoneziya Seysmologiya və Meteorologiya Agentliyi məlumat verib.
Zəlzələ Şimali Sumatranın bir sıra bölgələrində də hiss olunub.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Sunami xəbərdarlığı edilməyib.