Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcək.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin və Uitkoff Ukrayna nizamlanmasını müzakirə edəcəklər. Bu da Rusiyanın mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırmaq üçün yaxşı fürsətdir.