• Bakı 21° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Makron Trampa zəng vurdu

DÜNYA

11 May 2025 | 16:30 | Müəllif: Subhan Mahmudov

Makron Trampa zəng vurdu

Makron Trampa mobil telefonu ilə zəng edərək Kiyevdə 3 saat davam edən danışıqların nəticələri barədə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqtonda səhər saat 7 olmasına baxmayaraq, Tramp zəngə cavab verib.

Telefon danışığının nəticəsi ilə bağlı Makron jurnalistlərə açıqlamasında deyib ki, təklif olunan atəşkəsə əsasən ABŞ nəzarət edəcək və bütün avropalılar buna öz töhfələrini verəcəklər.

Almaniya kansleri Fridrix Merz də ABŞ prezdentinə təşəkkür edib:

“Təşəbbüsümüzü hərtərəfli dəstəklədiyi üçün ABŞ prezidentinə minnətdarıq. Amerika hökuməti atəşkəs rejiminə nəzarət etməyi öhdəsinə götürüb”.

Qeyde edək ki, Makron, Tusk, Merz və Starmer ötən gün Kiyevdə səfərdə olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026