• Bakı 25° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

Yalnız ağır cinayət törədənlər məsuliyyətə cəlb ediləcək

DÜNYA

10 Iyun 2025 | 15:43

Yalnız ağır cinayət törədənlər məsuliyyətə cəlb ediləcək

Suriya hakimiyyəti devrilmiş Bəşər Əsəd rejiminə xidmət edən bütün zabitləri deyil, yalnız xalqa qarşı ağır cinayətlərdə günahkar olanları məsuliyyətə cəlb etmək niyyətindədir.

Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu mətbuat konfransında Mülki Sülh və Ədalət üzrə Ali Komitənin rəhbəri Həsən Sufan bəyan edib.

Daha əvvəl Əsəd rejiminin onlarla zabit və əsgərinin Suriya həbsxanalarından azad edilməsi məlum olmuşdu ki, bu da əhali arasında tənqid dalğasına səbəb olmuşdu.

H.Sufanın sözlərinə görə, azad edilən hərbçilər könüllü şəkildə təslim olublar.

"Biz həbs edilənlərin hər biri ilə bağlı araşdırmalar apardıq, onların hərbi cinayətlərdə iştirakı sübut edilmədi. Biz həlak olanların ailələrinin yaşadığı ağrı və qəzəbi başa düşürük, lakin mülki sülh mərhələsində sabitliyi təmin etmək üçün qərarlar qəbul etməyə məcburuq. Ədalət ağır hərbi cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi deməkdir", - o bildirib.

Öz növbəsində Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin Baba qeyd edib ki, Əsəd rejiminin tərəfində döyüş əməliyyatlarında 450 min nəfər iştirak edib, onların arasında 123 min nəfəri daxili işlər orqanlarında xidmət edib.

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa əvvəllər dəfələrlə Əsədin tərəfdarlarını təslim olmağa çağırıb.


SON XƏBƏRLƏR