Türkiyənin İzmir şəhərinin Kemalpaşa rayonundakı meşəlik ərazidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, yanğının məhdudlaşdırılması üçün əraziyə 1 təyyarə, 4 helikopter, 24 yanğınsöndürən maşın cəlb olunub.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.