• Bakı 23° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

Rusiya Yaponiyaya neft tədarükünü bərpa edir

DÜNYA

10 Iyun 2025 | 15:51

Rusiya Yaponiyaya neft tədarükünü bərpa edir

Rusiya sanksiyalara baxmayaraq, Yaponiyaya neft tədarükünü bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" sənədlərə və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, bu, iki ildən artıq bir müddətdən sonra G7 ölkəsinə ilk çatdırılma idi və alıcılar arasında Moskva ilə sövdələşmələri bərpa etmək istəyinin artdığını göstərir.

Neftin alınmasına icazənin Yaponiya hökuməti tərəfindən alındığı vurğulanıb. Ağ Ev Tokioya Rusiya neftini nəql etmək üçün sanksiyalara məruz qalan gəmilərdən istifadə edə biləcəyini təsdiqləyib.

Yaponiya İqtisadiyyat Nazirliyinin izah edib ki, Aİ bloka daxil olmayan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR