• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT

CƏMİYYƏT

12 Mart 2025 | 18:26 | Müəllif: Subhan Mahmudov

ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT

“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, müraciətdə deyilir ki, son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yollarının və dəmiryol keçidlərinin ətrafında görmə bucağı və məsafəsinin azalması müşahidə olunur.

"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.

Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik”,- deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026