• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

“Embawood”da qalmaqal: menecer İŞDƏN ÇIXARILDI

CƏMİYYƏT

11 Aprel 2025 | 16:13

“Embawood”da qalmaqal: menecer İŞDƏN ÇIXARILDI

“Embawood” mebel istehsalı şirkətinə qalmaqal baş verib. Belə ki, şirkətin marketinq meneceri işdən çıxarılıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir kiki, “Embawood” marketinq meneceri vəzifəsinin tutulması üçün bu gün vakansiya elan edib.

Vakansiya üzrə işləyəcək şəxsin tələb olunan əsas bacarıqları sırasında şirkətin PR və reklam siyasətini, eləcə də reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarını hazırlaya bilməsi mövcuddur.

Şirkətin bu vakansiya üzrə qoyduğu əsas tələblərə gəlincə isə əməkdaşın müvafiq sahə üzrə ali təhsilli olması, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olması, rus və ingilis dilini bilməsi, yaradıcı, məsuliyyətli, kreativ olması əsas şərtlərdəndir.

Ehtimallara görə, “Embawood”un marketinq menecerinin işdən çıxarılması dünənki qəzadan görüntüləri montaj edərək reklam paylaşımı etməsilə bağlıdır.


SON XƏBƏRLƏR