Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.
Püşkdən öncə I səbətdə qərarlaşan Azərbaycan yığması A qrupunda yer alıb.
Millimizin qrupdakı rəqibləri isə Mavritaniya, Sloveniya və Bəhreyn olub.
A qrupu
Azərbaycan
Mavritaniya
Sloveniya
Bəhreyn
B qrupu
Rumıniya
Fransa
ÇAD
Özbəkistan
C qrupu
Macarıstan
Ukrayna
İngiltərə
Türkiyə
D qrupu
Slovakiya
Bolqarıstan
Portuqaliya
Hindistan
E qrupu
Meksika
Monteneqro
Tayland
Kosta-Rika
F qrupu
Qazaxıstan
ABŞ
Bosniya və Herseqovina
Polşa
G qrupu
Çexiya
Gürcüstan
BƏƏ
Argentina
H qrupu
Serbiya
Qana
İspaniya
İsrail
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Bu, minifutbol üzrə sayca beşinci dünya çempionatı olacaq.