Sumqayıt şəhərində silah-sursat aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd 7,62 “AK” markalı “Kalaşnikov” avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub.
Aşkar edilən silah-sursat polisə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.