• Bakı 13° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

GDU-da 37 yaşlı qadın özünə xəsarət yetirib - YENİLƏNİB

HADİSƏ

11 Aprel 2025 | 12:07

GDU-da 37 yaşlı qadın özünə xəsarət yetirib - YENİLƏNİB

Bu gün Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Universitetin açıqlamasında bildirilib.

    Qeyd edilib ki, hadisə universitet binasının yaxınlığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

    “Qeyd edək ki, G.Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub. Öz istəyi ilə işdən ayrılsa da G.Məmmədova dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə bağlı heç bir əlaqəsi yoxdur”, - məlumatda vurğulanıb.

    ***

    11:46

    Aprelin 11-də saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

      "Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

      ***

      10:40

      Gəncədə qadın özünə xəsarət yetirib.

      Bakıvaxtı.az xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

        1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

        Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

        Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


        SON XƏBƏRLƏR