• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ramin Qurbanova HÖKM OXUNDU

HADİSƏ

11 Aprel 2025 | 11:08

Ramin Qurbanova HÖKM OXUNDU

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, "Realmedia.az" saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az APA -ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.

    Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə itiham edilib.


    SON XƏBƏRLƏR