• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Binəqədidə yolun ortasından neft çıxır - İDDİA

İQTİSADİYYAT

11 Yanvar 2025 | 13:37 | Müəllif: Gülşən Şərif

Binəqədidə yolun ortasından neft çıxır - İDDİA

 Binəqədi rayonunda yolun ortasından neft çıxdığı iddia edilir. Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, videonu çəkib sosial şəbəkələrdə paylaşan Ümid Hüseynov bildirib ki, yaşadıqları massiv mədən ərazisi hesab edildiyindən bu kimi hallarla tez-tez qarşılaşırlar. Bu isə qəsəbənin sakinlərinin işini daha da çətinləşdirir.

Sakinlərin sözlərinə görə, yola yayılan mayedən həm də pis qoxu gəlir. Digər sakin Şaiq Hüseynov isə deyir ki, bu yaşayış massivini Binəqədi rayonunun mərkəzindən az məsafə ayırsa da, yolu baxımsız vəziyyətdədir.

Ətraflı süjetdə:


 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026