• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Ukrayna Rusiyadan mal idxalına qadağa müddətini uzadıb

İQTİSADİYYAT

13 Dekabr 2024 | 17:52

Ukrayna Rusiyadan mal idxalına qadağa müddətini uzadıb

Ukrayna Rusiyadan mal idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram" kanalında məlumat verib.

O, bildirib ki, Ukrayna hökuməti Rusiyadan mal idxalına qoyulan qadağanı 2025-ci ilin sonuna qədər uzadıb. 

"Qadağan olunmuş məhsullara ət, balıq, qəhvə, çay, şokolad, ev heyvanları üçün yeməklər, spirt və siqaret daxildir. Bundan başqa, qərar bəzi sənaye məhsullarına, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı gübrələrinə və kənd təsərrüfatı məhsullarına da şamil edilib", - deyə Qonçarenko qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Yanvar 2025