Dünya Bankı yaxın 10 il ərzində iqlimin maliyyələşdirilməsinə 150 milyard dollar ayırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Vogel məlumat verib.
Onun sözlərinə görə, Dünya Bankı qarşıdakı 10 il ərzində 150 milyard dollar dəyərində iqlim layihələrini maliyyələşdirməyi planlaşdırır:
"İnkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazırlaşmaq üçün 2030-cu ilə qədər hər il 2,4 trilyon dollara ehtiyacı olacaq. Hazırda 14 ölkə ilə müqaviləmiz var. Bu ölkələr fəlakətlə üzləşdikləri təqdirdə borc ödənişlərini təxirə sala və ya azalda biləcəklər".
Gülşən Şərif