• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Anesteziya nədir?

CƏMİYYƏT

16 Oktyabr 2024 | 15:06

Anesteziya nədir?

"Anesteziya xəstənin cərrahi müdaxilə zamanı yatması deməkdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Reanimasiya şöbəsinin müdiri Afət Güləhmədzadə deyib.

Onun sözlərinə görə, anesteziya xəstənin əməliyyat zamanı ağrını hiss etməməsi üçün istifadə edilir.

A.Güləhmədzadə qeyd edib ki, artıq anesteziya prosesi təkmilləşdirilib.

Anesteziyanın 2 növünün olduğunu deyən A.Güləhmədzadə qeyd edib ki, bunlar ümumi və yerli keyitmədir.

Şöbə müdiri bildirib ki, ümumi anestezi xəstənin ümumiyyətlə yatması prosesidir ki, bu zaman xəstənin huşu yenidən geri dönmək şərti iıə tamamilə gedir və bütün xəstələr üzərində icra oluna bilər.

Dediyinə görə, yerli anesteziya zamanı xəstənin huşu yerində olmaq şərti ilə müvafiq dərman əməliyyat olunan hissəyə yeridilir.

Həkim onu da bildirib ki, anesteziyanın metodu əməliyyatın xarakterindən asılıdır.

Afət Güləhmədzadənin sözlərinə görə, ümumi anesteziya bütün növ əməliyyatlarda istifadə edilə bilər.

O qeyd edib ki, aşağı ətrafların əməliyyatı zamanı yerli anesteziya tövsiyə olunur.

Mina Mikayılova


SON XƏBƏRLƏR