• Bakı 18° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

BMT: "Qurum və təşkilatlar yoxsul insanları təcrid edirlər"

DÜNYA

16 Oktyabr 2024 | 15:29

BMT: Qurum və təşkilatlar yoxsul insanları təcrid edirlər

"Yoxsul insanlar vəziyyətlərinə və xarici görünüşünə görə təcrid olunurlar".

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bununla bağlı BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin məlumat yayıb.

Departamentdən bildirilib ki, yoxsullarla bağlı neqativ diskursların qarşısını almaq əvəzinə qurum və təşkilatlar bu diskursa qatılır. Kasıb insanlar düşdüyü vəziyyətdən çıxmağa çalışarkən onlara dəstək olmalı olan qurumlar bu mövzuda tədbir görmür. Qərarvermə mexanizmlərində iştirak edə bilməyən bu insanlar özlərini fiziki, ruhi və emosional cəhətdən aciz hiss edirlər.

BMT-nin Baş katibi Antonio Quterreşin 2024-cü ildə Ümumdünya Yoxsulluqla Mübarizə Günü ilə bağlı yazılı müraciətində qeyd edib ki, yoxsulluq bütün dünyada yüz milyonlarla insana təsir edən qlobal epidemiyadır, lakin yoxsulluq qaçılmaz deyil. Bu, cəmiyyətlərin və hökumətlərin etdiyi və ya edə bilmədiyi seçimlərin bilavasitə nəticəsidir.

"Qlobal yoxsulluğa son qoymaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hökumətlərdən insanlara üstünlük verən institutları və sistemləri formalaşdırmağı tələb edir".

Gülşən Şərif
 


SON XƏBƏRLƏR