• Bakı 17° C

    0.32 m/s

  • USD - 1.7

    EUR - 1.851

    RUB - 0.0175

Aİ-nin “binokl diplomatiyası”: Ermənistan təxribat  törədərək adekvat cavab almaq istəyir

SİYASƏT

16 Oktyabr 2024 | 16:52

Aİ-nin “binokl diplomatiyası”: Ermənistan təxribat  törədərək adekvat cavab almaq istəyir

Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə “Avropa müşahidəçilər missiyası” nın müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı “buna nə ehtiyac var idi” deyə sual edib:

“2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.

Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhədlərə şəxsi heyət və hərbi texnikalar cəmləyir. Proses hərbi toplanış adı altında həyata keçirilsə də, Azərbaycana yaxın bölgələrdə yeni hərbi hissələrin tikilməsi, müxtəlif ölkələrdən hücum silahlarının alınması faktları xislətini dəyişməyən qonşumuzun yeni planlarından xəbər verir.

Zaur Məmmədov: Şərti sərhədlərə hərbçilərin, hərbi texnikaların cəlb olunması qəbuledilməzdir

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əgər Ermənistan-Azərbaycan arasında hələ sülh müqaviləsi imzalanmayıbsa, danışıqlar davam edirsə, şərti sərhədlərə hərbçilərin, hərbi texnikaların cəlb olunması qəbuledilməzdir.

Ekspert vurğulayıb ki, qeyri-sülh şəraitində Avropa İttifaqının xüsusu agentlərinin, onların keçmiş hərbçilərinin, generalitetinin şərti sərhədlərə gətirilməsi yolverilməzdir:

"Avropa İttifaqına səslənirik ki, əgər onlar bölgədə imiclərini korlamaq istəmirlərsə, Azərbaycanla bu və ya digər sahədə əməkdaşlıqlarının davamlı olmasında maraqlıdırlarsa, o zaman Ermənistana dəstək verməkdən əl çəksinlər. Ordumuzun arsenalına yeni silah və texnikalar cəlb edilir. Döyüş qabiliyyətinin artırılması məqsədi ilə təlimlər keçirilir. Əlbəttə ki, gizli deyil. İrəvan və onun binokllu dostları da bunları yaxşı bilirlər".

Arzu Nağıyev: Azərbaycan Ordusu sıralamada ilk 50-likdə yer alan güclü ordulardandır

Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Ermənistan KİV-lərində guya COP29-dan sonra Azərbaycanın hücuma keçəcəyi ilə bağlı xəbərlərin yayılması da göstərir ki, Ermənistan müəyyən təxribatlar törədərək Azərbaycandan adekvat cavab almaq istəyir:

"Ən maraqlı məsələ odur ki, Qərb buna susmaqla bərabər özünün vizual kəşfiyyatçılarından da istifadə edir. Şərti sərhədlərə qoşunlar cəmləyir, texnika cəlb edir. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində bu məsələ təhlil olunur. Ermənistan ordusunun nəyə qadir olduğunu bütün dünya gördü. Generalların həbsi, istefası, fərarilik, intihar kimi neqativ hadisələri dünya ictimaiyyəti gördü. Ermənilər bilməlidirlər ki, Azərbaycan Ordusu sıralamada ilk 50-likdə yer alan güclü ordulardandır".

Aydın Baxış


SON XƏBƏRLƏR